Bu il Naxçıvanda 62 satınalma müsabiqəsi keçirilib
24 iyul 2008 11:09 (UTC +04:00)
Naxçıvan. J. Qurbanoğlu-APA Bu il Naxçıvan Muxtar Respublikasında (MR) 62 satınalma müsabiqəsi keçirilib. Naxçıvan MR Satınalmalar üzrə Dövlət Agentliyindən APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, bunun 16-sı açıq tender, 46-sı kotirovka sorğusu olub. Müsabiqələrdə satın alınan malların (iş və xidmətlərin) ehtimal olunan qiyməti 30 mln. 589 min 329 manat olub. Bağlanmış müqavilənin ümumi məbləği isə 29 mln. 469 min 490 manat təşkil edib ki, nəticədə 1 milyon 119 min 839 manat dövlət vəsaitinə qənaət olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət vəsaitinə edilən qənaətin həcmi isə 961 min 565 manat (86%) artıb.
Təşkilatdan onu da əlavə ediblər ki, dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə iddiaçılar arasında yerli məhsul istehsalçılarının fəallığının artması müşahidə edilib. Ərzaq məhsullarının, müəssisə və təşkilatlarda avadanlıqların satın alınmasında yerli məhsullardan istifadə hallarının da artdığı qeyd olunur. Satın alınan 52 adda ərzaq məhsulunun 39-u və ya 75%-i yerli malgöndərənlər tərəfindən təmin edilib. Həmçinin istifadə olunan tikinti mallarının 25 faizi yerli sahibkarlar tərəfindən təmin edilir.
Qeyd edək ki, bu il keçirilən satınalmalar 8 nazirlik və təşkilat üzrə baş tutub. Bunlardan 5-i nazirlik, 1-i hərbi hissə, 1-i tikinti, digəri isə meliorasiya və su təsərrüfatı xidməti göstərən təşkilat olub.

Sahibkarlıq
İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı - FOTO
16:06
3 may 2024
“Berqa”dan əhvalınızı dəyişəcək layihə
12:25
3 may 2024
“Kontakt”da 70%-dək endirimli “Super günlər” başladı - YALNIZ 3 GÜN - YENİLƏNİB
11:13
3 may 2024
I rübdə Azərbaycanın TDT-yə üzv ölkələr ilə ticarət dövriyyəsi 1.7 mlrd. dolları ötüb
16:35
2 may 2024