«Cəlilabad Bazarı» ASC-nin səhmləri satılıb
28 iyul 2008 11:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən iyulun 22-də keçirilmiş 471-ci pul hərracında «Cəlilabad Bazarı» ASC-nin səhmləri satılıb. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib. Səhmdar cəmiyyətinin nizamnamə kapitalı 75 250 manat,buraxılmış səhmlərinin sayı 37 625 ədəd, bir səhminin nominal qiyməti isə 2 manatdır. Satışa səhmdar cəmiyyətinin nominal dəyəri 22 634 manat təşkil edən 11 317 ədəd səhmi çıxarılıb. Səhmlərin hamısı ümumilikdə 11 317 manat hərrac qiymətinə satılıb.
Sahibkarlıq
İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı - FOTO
16:06
3 may 2024
“Berqa”dan əhvalınızı dəyişəcək layihə
12:25
3 may 2024
“Kontakt”da 70%-dək endirimli “Super günlər” başladı - YALNIZ 3 GÜN - YENİLƏNİB
11:13
3 may 2024
I rübdə Azərbaycanın TDT-yə üzv ölkələr ilə ticarət dövriyyəsi 1.7 mlrd. dolları ötüb
16:35
2 may 2024