Bank Of Baku

İlin əvvəlindən Azərbaycanda sahibkarlara 53,8 mln. manat güzəştli kredit verilib

İlin əvvəlindən Azərbaycanda sahibkarlara 53,8 mln. manat güzəştli kredit verilib
# 06 avqust 2008 15:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yeddi ayı ərzində dövlət büdcəsindən Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xəzinə hesabına köçürülmüş 53,8 mln. manat respublikanın 51 şəhər və rayonu üzrə 483 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilib.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, ayrılmış kreditlər əsasən sənaye məhsulları istehsalı (94 layihə), kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kəndli fermer təsərrüfatlarının inkişafı (348 layihə), turizm infrastrukturunun inkişafı (24 layihə), xidmət sahələri (16 layihə) və digər layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Maliyyələşdirilmiş layihələrin 78%-i respublikanın regionlarının payına düşür. Bu layihələrin 85%-dən çoxu istehsal və emal yönümlüdür.

Bu ilin ötən dövründə verilmiş güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində 5 900-dən çox yeni iş yerinin yaradılacağı gözlənilir.
Qeyd edək ki, 2008-ci il üçün dövlət büdcəsindən sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi üçün Fonda 74 mln. manat ayrılması nəzərdə tutulub. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR