Bank Of Baku

XİİK-nın nümayəndə heyəti Avropa Birliyi ölkələrinin ictimai təşkilat və sahibkarlar birlikləri ilə görüşlər keçirib

XİİK-nın nümayəndə heyəti Avropa Birliyi ölkələrinin ictimai təşkilat və sahibkarlar birlikləri ilə görüşlər keçirib
# 11 avqust 2008 12:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Xəzər İnteqrasiya İşgüzar Klubunun (XİİK) nümayəndə heyəti Avropa Birliyi ölkələrində ictimai təşkilat və sahibkarlar birliklərində görüşlər keçirib.

XİİK-dan «APA-Economics»ə verilən məlumata görə, Almaniya, Çexiya, Polşa, Avstriya və digər ölkələrdə keçirilən görüşlər, əsasən, tanışlıq xarakteri daşıyıb. Görüşlər çərçivəsində Avropanın biznes cəmiyyətləri və ictimai təşkilatların təcrübəsinin öyrənilməsinə dair məsləhətləşmələr keçirilib. Yaxın vaxtlarda təcrübə mübadiləsi aparmaq üçün Avropa Birliyi ölkələri ilə yeni görüşlər nəzərdə tutulur.

Qeyd edək ki, XİİK 2002-ci ildə bir sıra iri neft şirkətlərinin və Beynəlxalq Nəşriyyat Evinin (Caspian Energy) dəstəyi ilə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR