Bank Of Baku

Azərbaycan və Tatarıstan birgə məişət soyuducuları istehsal edəcək

Azərbaycan və Tatarıstan birgə məişət soyuducuları istehsal edəcək
# 14 avqust 2008 13:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Tatarıstan Respublikası (Rusiya) ilə Azərbaycan arasında məişət soyuducularının birgə istehsalına dair danışıqlar aparılır. «APA-Economics»in məlumatına görə, bunu Tatarıstanın Azərbaycandakı daimi nümayəndəsi Nail Zaripov bildirib.
N.Zaripov qeyd edib ki, hazırda Azərbaycanın «Çinar» və Tatarıstanın «Pozis» şirkətləri arasında bu məsələyə dair danışıqlar aparılır: «Tatarıstan tərəfi Azərbaycana ehtiyat hissələri göndərmək və soyuducuların məhz Azərbaycanda istənilən brend altında istehsalına razıdır».
Qeyd edək ki, «Çinar» zavodu ildə 30 min, Tatarıstan isə 1,5 mln. soyuducu istehsal edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR