Bank Of Baku

Sentyabrın 2-4-də Daşkənddə CAREC Proqramı üzrə ticarətin inkişafına dair seminar keçiriləcək

Sentyabrın 2-4-də Daşkənddə CAREC Proqramı üzrə ticarətin inkişafına dair seminar keçiriləcək
# 15 avqust 2008 10:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayının 2-4-də Daşkənddə (Özbəkistan) Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) üzrə ticarətin inkişafına dair seminar keçiriləcək.
AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, seminarda CAREC-in üzv ölkələrinin nümayəndələri iştirak edəcəklər. Azərbaycanı isə bu tədbirdə Azərbaycan Ekspeditorlar Assosiasiyası təmsil edəcək.
Qeyd edək ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir və bu qurumlar 2006-2008-ci illər ərzində energetika, nəqliyyat və ticarət sahələrində həyata keçirilən investisiya layihələrinin icrasına 2,3 mlrd. dollar həcmində 42 kreditin ayrılmasını planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR