Bank Of Baku

«Krasnoye Sormovo» zavodu «Palmali» şirkətinə növbəti tankeri təhvil verib

«Krasnoye Sormovo» zavodu «Palmali» şirkətinə növbəti tankeri təhvil verib
# 22 avqust 2008 07:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «Krasnoye Sormovo» (Nijni Novqorod) gəmiqayırma zavodunda RST22 layihəsi əsasında inşa edilən və kimya məhsulları daşıyan tankeri «Palmali» Şirkətlər Qrupuna təhvil verilib. Bu barədə «APA-Economics»ə «Palmali»dən bildirilib. Tankerə Azərbaycanın xalq artisti Nəsibə Zeynalovanın adı verilib. Odessa şəhərinin Gəmi Mühəndisliyi Bürosu tərəfindən hazırlanan layihə əsasında inşa edilən gəmi beynəlxalq konvensiyaların və ekoloji standartların tələblərinə uyğun tikilib.

Tankerin dedveydi 7 min ton, ümumi uzunluğu 139,95 metr, eni 16,6 metr, hündürlüyü isə 6 metr təşkil edir.
Qeyd edək ki, tanker Baltik, Qara və Aralıq dənizlərində üzəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR