Bank Of Baku

Azərbaycanda ötən ay 10932 daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyatı aparılıb

Azərbaycanda ötən ay 10932 daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyatı aparılıb
# 22 avqust 2008 08:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin iyul ayında Azərbaycanda 10932 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılıb ki, bunun da 3943-ü ilkin, 6989-u isə təkrar bazarın payına düşüb.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (DƏDRX) «APA-Economics»ə verilən məlumata görə, iyul ayı ərzində həm ilkin, həm də təkrar bazar üzrə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış daşınmaz əmlak obyektlərindən 3392-i torpaq sahəsi, 4417-i mənzil, 2642-i fərdi yaşayış evi, 481-i isə digər bölmələrə (qeyri-yaşayış binası, qeyri-yaşayış sahəsi, əmlak kompleksi, çoxmərtəbəli yaşayış binaları və s.) aid daşınmaz əmlak obyektləri olub. Həmçinin, cari ilin iyul ayında respublika üzrə 1583 ipoteka müqaviləsinin dövlət qeydiyyatı aparılıb.

Qeyd edək ki, DƏDRX-in ərazi idarələrində iyul ayı ərzində hüquq sahiblərinə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən 7034 arayış verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR