Bank Of Baku

Mil-Muğan bölgəsində şəkər tozu qıtlaşıb

Mil-Muğan bölgəsində şəkər tozu qıtlaşıb
# 25 avqust 2008 07:40 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynalov -APA.. Son bir neçə gündə Şirvan, Salyan, Sabirabad, Hacıqabul və digər rayonlarda topdansatış bazalarında şəkər tozu qıtlaşıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna məlumat verən sahibkarların sözlərinə görə, bu, Gürcüstanda son vaxtlar baş verən məlum hadisələrlə və İmişli şəkər zavodunda təmirlə əlaqədar yaranmış fasilələrlə əlaqədardır. Bölgədə 1 kisə şəkər tozunun qiyməti 33,5 manatdan 36 manata qalxıb. Ancaq şəkər tozunun pərakəndə satış qiyməti dəyişməyib, əvvəlki kimi 1 kq şəkər tozu 80 qəpiyə satılır. Hazırda ticarət obyektlərinin çoxunda şəkər tozu yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR