Bank Of Baku

Sentyabrın ortalarında Norveç-Azərbaycan və İsveç-Azərbaycan biznes-forumları keçiriləcək

Sentyabrın ortalarında Norveç-Azərbaycan və İsveç-Azərbaycan biznes-forumları keçiriləcək
# 27 avqust 2008 09:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayının 16-17-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə azərbaycanlı iş adamları Norveç və İsveçə səfər edəcəklər.
Azpromo-dan «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində Norveç-Azərbaycan və İsveç-Azərbaycan biznes-forumları keçiriləcək. Forumlarda Azərbaycanı 25 nəfərdən ibarət maliyyə, IT, sənaye, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən şirkət və təşkilatların nümayəndələri təmsil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR