Bank Of Baku

Azərbaycanda «Sosial tərəfdaşlıq mexanizminin təkmilləşdirilməsində işəgötürənlərin maarifləndirilməsi» layihəsi həyata keçiriləcək

Azərbaycanda «Sosial tərəfdaşlıq mexanizminin təkmilləşdirilməsində işəgötürənlərin maarifləndirilməsi» layihəsi həyata keçiriləcək
# 27 avqust 2008 09:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) «Sosial tərəfdaşlıq mexanizminin təkmilləşdirilməsində işəgötürənlərin maarifləndirilməsi» adlı layihə həyata keçirəcək.
ASK-dan «APA-Economics»ə verilən məlumata görə, ASK Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən elan edilmiş maliyyə yardımı müsabiqəsində iştirak edib və «Sosial tərəfdaşlıq mexanizminin təkmilləşdirilməsində işəgötürənlərin maarifləndirilməsi» adlı layihənin həyata keçirilməsi üçün imkan qazanıb.
Layihənin əsas məqsədi sosial dialoqun regional, sahə və müəssisə səviyyəsində təşəkkül tapmasına dəstək verməkdir. Layihə çərçivəsində Şirvan şəhərində dəyirmi masa və seminarların keçirilməsi planlaşdırlır. Seminarlarıın keçirilməsi sahibkarlara sosial dialoqun aparılması üçün praktiki vərdişlərin qazanılması üçün imkan yaradacaq. Bundan başqa, «Sosial dialoq üzrə sahibkarın Məlumat Kitabçası»nın hazırlanması nəzərdə tutulur. Məlumat Kitabçasında sosial dialoqun mahiyyəti, qanunvericilik bazası, sosial dialoq siyasətinin hazırlanması üzrə beynəlxalq təcrübə, Beynəlxalq Əmək Təşkilatının (BƏT) konvensiyaları və tövsiylərindən çıxarışlar əksini tapacaq.
Qeyd edək ki, tədbirlərə 40 nəfərdən artıq sahibkar və digər maraqlı tərəfləri təmsil edən nümayəndələr cəlb ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR