Bank Of Baku

Azərbaycan və Türkiyə iş adamları arasında əlaqələr genişlənəcək

Azərbaycan və Türkiyə iş adamları arasında əlaqələr genişlənəcək
# 27 avqust 2008 15:08 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc bu gün tanışlıq məqsədilə Xəzər İnteqrasiya İşgüzar Klubu (XİİK) və «Caspian Energy» Beynəlxalq Nəşriyyat Evinə baş çəkib.
XİİK-dən «APA-Economics»ə verilən məlumata görə, Klubun prezidenti və icraçı direktoru Telman Əliyevlə görüşdə səfir Azərbaycan-Türkiyə əlaqələrin möhkəmlənməsi üçün öz töhfəsini verməyə hazır olduğunu elan edib. Səfir ümid edir ki, bu məsələdə XİİK və analoji biznes birlikləri fəal iştirak edəcək. Görüşdə H.Kılıc ölkələr arasında ikitərəfli əlaqələrin möhkəmlənməsi üçün proqramın hazırlanmasını da təklif edib. Diplomatın sözlərinə görə, ikitərəfli əlaqələrin genişlənməsinə yönələn konfrans və seminarlar da keçiriləcək. Bununla yanaşı, Azərbaycan biznesmenlərinin Türkiyəyə və Türkiyə iş adamlarının Azərbaycana səfəri təşkil olunacaq.
T.Əliyev isə Azərbaycanın Türkiyə ilə aktiv əlaqələrinin olduğunu qeyd edib. T.Əliyevin sözlərinə görə, Türkiyə biznesmenləri ilə birgə Avropa və Baltik bazarına daxil olmaq olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR