Bank Of Baku

“Parfumeur” mağazalar şəbəkəsi bölgələrdə də fəaliyyətə başlayacaq

“Parfumeur” mağazalar şəbəkəsi bölgələrdə də fəaliyyətə başlayacaq
# 29 avqust 2008 12:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakıda yeni açılmış “Gean Qrup” şirkətinə məxsus “Parfumeur” mağazalar şəbəkəsi artıq Azərbaycanın bölgələrində də fəaliyyət göstərəcək. Şirkətdən APA-ya bildirilib ki, “Gean Qrup” şirkəti bundan sonra Zaqatala rayonunda da fəaliyyətə başlayacaq. Məlumatda bildirilib ki, bu günlərdə “Gean Qrup” şirkəti Zaqatala rayonunda özünün yeni mağazasını sakinlərin ixtiyarına verib. “Gean Qrup” şirkətinin rəhbərliyi bu ilin sonuna kimi, Gəncə, Şəki, Mingəçevir və digər bölgələrdə də mağazaların açılmasını planlaşdırır. Qeyd edək ki, hazırda Bakıda “Gean Qrup” şirkətinin 5 böyük mağazası fəaliyyət göstərir. Bundan əlavə sentyabrda Bakıda “Parfumeur” mağazalar şəbəkəsinin daha iki mağazasının açılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR