Bank Of Baku

İtaliyada «Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ermənistanda əməyin idarə olunmasının gücləndirilməsi» mövzusunda seminar keçiriləcək

İtaliyada «Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ermənistanda əməyin idarə olunmasının gücləndirilməsi» mövzusunda seminar keçiriləcək
# 29 avqust 2008 13:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayının 22-26-da Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Turində (İtaliya) «Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ermənistanda əməyin idarə olunmasının gücləndirilməsi» mövzusunda seminar keçiriləcək.
Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) «APA-Economics»ə verilən məlumata görə, seminarın məqsədi əməyin idarə olunması və sosial dialoqla bağlı BƏT-in müvafiq konvensiyalarının öyrənilməsi, əməyin idarə olunmasında əsas vəzifələrin müəyyənləşdirilməsi, qeyri-formal iqtisadiyyat, bərabərlik və ayrı-seçkiliyə yolverilməzlik və bu kimi məsələlərin müzakirə olunması, bu sahədə təcrübə mübadiləsi, qeyri-formal iqtisadiyyatla bağlı milli fəaliyyət planının hazırlanmasıdır.
Tədbir hökumət, işçilər və işəgötürənlər təşkilatlarının nümayəndələri üçün nəzərdə tutulub.
ASK-nı tədbirdə «Xətai-Təchizat» şirkətinin rəhbəri, ASK-nın Rəyasət Heyətinin üzvü Nazim Məmmədov təmsil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR