Azərbaycanda keçirilən sorğuda iştirak edən şirkətlərin 52%-i yaxın illərdə fəaliyyətini genişləndirməyi, 25%-i isə mövcud fəaliyyət səviyyəsini qorumağı planlaşdırır.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan–Avropa İttifaqı Biznes Forumunun komanda rəhbəri Aytən Axundova bildirib.
Onun sözlərinə görə, şirkətlərin genişlənmə planları ötən illə müqayisədə bir qədər zəifləyib. Bu, əsasən regiondakı geosiyasi vəziyyətlə əlaqələndirilir.
Şirkətlər üçün Azərbaycanın əsas cəlbedici tərəfləri kommersiya tərəfdaşlarına və müştərilərə çıxış, strateji əməkdaşlıq imkanları və daxili bazara əlçatanlıqdır.
İnvestisiyalara mane olan əsas amillər isə bazarın məhdud həcmi, Ukraynadakı müharibə və digər qlobal münaqişələrdir.