Bank Of Baku

Azər Bayramov: İxrac xərclərinin kompensasiyası üzrə yeni mexanizm hazırlanır

İqtisadiyyat nazirinin müavini Azər Bayramov

© APA | İqtisadiyyat nazirinin müavini Azər Bayramov

# 06 may 2026 11:07 (UTC +04:00)

Azərbaycanda aqrar emal məhsullarının ixrac daşıma xərclərinin kompensasiyası üzrə yeni mexanizm hazırlanır.

"APA-Eonomics" xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Azər Bayramov Bakıda keçirilən "V Aqrobiznesin İnkişafı Forumu"nda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, nəzərdə tutulan mexanizm aqrar emal məhsullarını uzaq və qeyri-ənənəvi bazarlara çatdırılması rəqabətliliyini təmin edəcək:

“Bu alət ixrac coğrafiyasının şaxələndirilməsinin yalnız siyasi-iqtisadi hədəf deyil, həm də kommersiya baxımından əlverişli olmasına şərait yaradacaq. Azərbaycanın Orta Dəhliz üzərindən tranzit statusu aqrar ixrac loqistika xərclərini azaltmaq üçün real üstünlük yaradır və bu imkandan da biz sistemli şəkildə istifadə etməliyik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR