Bank Of Baku

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək
# 05 iyun 2025 16:24 (UTC +04:00)

Azərbaycandan Çinə toyuq ayaqları məhsulunun idxalına icazə alınıb.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) İcraçı direktoru Yusif Abdullayev deyib.

O qeyd edib ki, məhsulların Çin bazarlarına idxalı üçün xüsusi icazələr lazımdır:

“Bu prosedurları Çin tərəfindən adiyyatı qurumlar təsdiq etməlidir. Potensialları müəyyənləşdirilən məhsulların siyahısı çıxarılır və AQTA tərəfindən müraciət olunur. Müraciətdə meyvə-tərəfəz, ət məhsulları var. Hazırda icazəsi olan toyuq ayaqları məhsullarıdır. Bu Çində böyük idxal potensialı olan bir məhsuldur. Azərbaycandan artıq toyuq ayaqlarının ixracına Çindən icazə alınıb".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR