Bank Of Baku

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfədən çox azaldıb

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfədən çox azaldıb
# 19 mart 2026 12:57 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana ümumi dəyəri 21,7 milyon ABŞ dolları olan 597 ədəd minik avtomobili ixrac edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur.

İllik müqayisədə Azərbaycanın qonşu ölkədən avtomobil idxalı dəyər ifadəsində 24,3%, miqdar ifadəsində isə 2 dəfədən çox azalıb.

Hesabat dövründə Gürcüstandan ümumilikdə 216,3 milyon ABŞ dolları dəyərində 8 442 ədəd minik avtomobili ixrac olunub ki, bunun da 7,07%-i Azərbaycana yönəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR