Paşha Bank
Bank Of Baku

Azərbaycan məhsullarının beynəlxalq bazarlara çıxışında İtaliya ilə tərəfdaşlıq imkanları genişləndirilir

Azərbaycan məhsullarının beynəlxalq bazarlara çıxışında İtaliya ilə tərəfdaşlıq imkanları genişləndirilir
# 23 noyabr 2026 11:37 (UTC +04:00)

Məqsədimiz Azərbaycanda istehsal olunan məhsulların beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirmək, onların rəqabət qabiliyyətini artırmaqdır və biz inanırıq ki, məhz bu səbəbdən İtaliya şirkətləri ilə tərəfdaşlıq şirkətlərimiz üçün çox gözəl imkanlar açır.

"APA-Economics" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliya- Azərbaycan Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycanın makroiqtisadi və siyasi sabitlik, qeyri-neft-qaz sektorunun inkişafı istiqamətində əldə etdiyi nəticələr hesabına investorlar üçün əlverişli biznes şəraiti təqdim edir: “Ölkə Moody's və Fitch beynəlxalq reytinq agentliklərinin suveren kredit reytinqi investisiya səviyyəsində tanınır. Qeyri-neft-qaz sektorunun inkişafı, istehsal və ixracın şaxələndirilməsi dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindəndir və bu məqsədlə hökumət sahibkarlara müxtəlif dövlət dəstəyi mexanizmləri tətbiq edir”.

“Bununla yanaşı, sənaye parklarında və Ələt Azad İqtisadi Zonasında investorlar üçün əlverişli infrastruktur, vergi və gömrük güzəştləri, eləcə də digər təşviq mexanizmləri yaradılıb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində fəaliyyət göstərən sahibkarlar 2033-cü ilədək mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azaddırlar. İstehsal üçün zəruri avadanlıq və xammalın idxalına əlavə dəyər vergisi və gömrük güzəştləri tətbiq olunmur", - deyə nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR