Azərbaycanda bu il 250 mindən çox Asan İmza sertifikatı verilib

Azərbaycanda bu il 250 mindən çox Asan İmza sertifikatı verilib
# 10 iyun 2024 16:25 (UTC +04:00)

2024-cü ilin yanvar-may ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 289.929 şəxs qəbul edilib və onlara 437.692 sayda xidmət göstərilib.

Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, göstərilən xidmətlərin 164 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 96 mindən çoxu isə elektron xidmətlərə (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) aiddir.

Qeyd edək ki, cari ilin yanvar – may ayları ərzində ümumilikdə 151.318 müraciət üzrə 250.422 Asan İmza sertifikatı verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR