Azərbaycanda dörd ayda 1000 kq-dan çox qızıl istehsal edilib

Azərbaycanda dörd ayda 1000 kq-dan çox qızıl istehsal edilib
# 15 may 2025 13:13 (UTC +04:00)

2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 1026.3 kq qızıl, 1372 kq isə gümüş istehsal edilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 71.2%, gümüş istehsalı isə 21.9% artıb.

Qeyd edək ki, 2025-ci il may ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 64.5 kq və 571.9 kq təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR