Bank Of Baku

Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib

Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
# 13 oktyabr 2025 16:39 (UTC +04:00)

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 1 milyard 940.4 milyon manat xərclənib.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,4% artıb.

Qeyd edək ki, cari ilin təkcə sentyabr ayında sözügedən göstərici 202.4 milyon manat təşkil edib.

Xatırladaq ki, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 503,8 manatlıq, o cümlədən 275,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 228,6 manatlıq qeyri-ərzaq malları alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR