Azərbaycanda əhali dörd ayda içki və siqaretə 900 mln. manatdan çox xərcləyib

Azərbaycanda əhali dörd ayda içki və siqaretə 900 mln. manatdan çox xərcləyib
# 13 may 2025 17:01 (UTC +04:00)

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 902.9 mln. manat xərclənib.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,3% artıb.

Qeyd edək ki, cari ilin təkcə aprel ayında sözügedən göstərici 231.8 mln. manat təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 13,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi avtomobil benzini və dizel yanacağının, 4,3 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,2 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR