Bank Of Baku

Azərbaycanda fəaliyyət göstərən Çin şirkətlərinin sayı açıqlanıb

Azərbaycanda fəaliyyət göstərən Çin şirkətlərinin sayı açıqlanıb
# 05 iyun 2025 15:14 (UTC +04:00)

Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır.

APA-Economics” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Azərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,4 milyard ABŞ dollarını ötüb:

“Çinin müxtəlif ərazilərində Azərbaycana məxsus ticarət və şərab evləri var. Çin şirkətlərinin ölkəmizdə geniş təmsilçiliyi var. Bu ilin 1 may tarixinə olan məlumata görə, 320-ə yaxın Çin şirkəti ölkəmizdə fəaliyyət göstərir. O cümlədən, yaşıl enerji, nəqliyat, kənd təsərrüfatı sahələri bizim üçün böyük əhəmiyyətə malikdir”.

“Günəş və külək enerjisi potensialımız və Çinin yeni texnologiyalar sahəsindəki təcrübəsini ilə sinerji yaradaraq birgə layihələr formalaşdıra bilərik”, - deyə E.Əliyev əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR