Azərbaycanda istehlak bazarı 4% böyüyüb

Azərbaycanda istehlak bazarı 4%  böyüyüb
# 16 may 2024 13:48 (UTC +04:00)

2024-cü ilin yanvar-aprel aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 21,4 milyard manat təşkil edib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2023- cü ilin yanvar-aprel aylarına nisbətən müqayisəli qiymətlərlə 3,8% artıb.

Qeyd edək ki, hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 3,8% artaraq 20,5 milyard manata bərabər olub, onun 44,2%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR