Bank Of Baku

Azərbaycanda istehsal olunan avtomobillərin sayı açıqlanıb

Azərbaycanda istehsal olunan avtomobillərin sayı açıqlanıb
# 17 mart 2025 15:24 (UTC +04:00)

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 467 ədəd minik avtomobili, 12 ədəd isə yük avtomobili istehsal edilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 18.6%, yük avtomobili istehsalı isə 91.9% azalıb.

Qeyd edək ki, cari ilin mart ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 172 ədəd minik, 2 ədəd isə yük avtomobili təşkil edib.

Hesabat dövründə ölkədə 78 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30.4% azdır.

Xatırladaq ki, ötən il ölkədə 5998 ədəd minik avtomobili, 697 ədəd isə yük avtomobili istehsal edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR