Bank Of Baku

Azərbaycanda logistikanın subsidiyalaşdırılması mexanizmi tətbiq olunacaq

Azərbaycanda logistikanın subsidiyalaşdırılması mexanizmi tətbiq olunacaq
# 05 iyun 2025 16:22 (UTC +04:00)

Bu ilin sonuna qədər Azpromo tərəfindən “Made in Azerbaijan” brendinin təşviqi çərçivəsində logistikanın subsidiyalaşdırılması mexanizmi tətbiq olunacaq.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) İcraçı direktoru Yusif Abdullayev deyib.

“Hökumətə təqdim etdiyimiz sənəddə Azərbaycandan xaricə satılan məhsulların 70%-ə qədər təşviq verilməsi öz əksini tapıb. Ancaq düşünürük ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsində verilən imtiyazları bundan da artıq, hətta 100%-ə qədər tətbiq etmək olar”.

O bildirib ki, verilən imtiyazlar müddətli olacaq:

“Bu tətbiqi biz 5 il sonrakı mərhələ yenə də 5 il uzatmaqla vermək istəyirik ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarların ixracına ciddi formada dəstək olsun”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR