Bank Of Baku

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3%-dən çox artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3%-dən çox artıb
# 10 iyul 2024 12:22 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 27251,2 milyon manatlıq, o cümlədən 15036,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12214,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9%, qeyri-ərzaq malları üzrə 5,2% artıb.
İlin birinci yarısında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6%-i ərzaq məhsullarının, 4,6%-i içkilər və tütün məmulatlarının, 12,9%- toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7%-i avtomobil benzini və dizel yanacağının, 4,7%-i elektrik malları və mebellərin, 2,3 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18%-isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,4% artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7%-ni təşkil edib.
Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,4%, fərdi sahibkarlar üzrə 0,1%, bazar və yarmarkalarda 2,1% artıb.
Dövr ərzində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 445,7 manatlıq, o cümlədən 245,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 199,8 manatlıq qeyri-ərzaq malları alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR