Bank Of Baku

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın artıb
# 11 dekabr 2025 12:06 (UTC +04:00)

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58 milyard 571,3 milyon manatlıq, o cümlədən 31 milyard 937,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard 634,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR