Bank Of Baku

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 52 mlrd. manatı ötüb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 52 mlrd. manatı ötüb
# 14 noyabr 2025 12:24 (UTC +04:00)

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52 milyard 615,7 milyon manatlıq, o cümlədən 28 milyard 664,5 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23 milyard 951,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR