Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının (CCPIT) Quandonq Komitəsi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
“APA-Economics” xəbər verir ki, memorandumu Azərbaycan tərəfindən qurumun icraçı direktoru Yusif Abdullayev ilə CCPIT-nin Quandonq Əyalət Şöbəsinin I dərəcəli büro səviyyəli rəsmisi Bay Minqşao imzalayıb.
Memorandum iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənəd Azərbaycan-Çin İqtisadi Ticarət Əməkdaşlıq Forumu çərçivəsində imzalanıb.