Bank Of Baku

Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi dörd dəfədən çox artıb

Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi dörd dəfədən çox artıb
# 14 oktyabr 2025 11:39 (UTC +04:00)

Bu ilin birinci yarısında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi artmaqda davam edərək 501 milyon dollara çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur.

"APA-Economics" xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclası zamanı energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı ticarət dövriyyəsi 50% artaraq 470 milyon dollara çatıb.

"Nəqliyyat əməkdaşlığı baxımından ölkələrimiz arasında tranzit daşımaların artımında müsbət dinamika var. Biz Orta Dəhliz/Trans-Xəzər marşrutunun inkişafı sahəsində əməkdaşlığı dərinləşdirməyə, həmçinin yeni imkanlardan, o cümlədən Zəngəzur dəhlizinin açılması perspektivlərindən yararlanmağa hazırıq", - nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR