“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixrac gəlirləri 35% azalıb

“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixrac gəlirləri 35% azalıb
# 29 may 2025 11:47 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 11,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

"APA-Economics" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın may sayına istinadən xəbər verir.

Məlumata görə, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 milyon ABŞ dolları və ya 34,8% azdır.

Qeyd edək ki, bu ilin dörd ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı illik müqayisədə 18% artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR