Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazasının açılışı olub.
APA xəbər verir ki, Nərimanov rayonu ərazisində, Şuşa Şadlıq Sarayı ilə üzbəüz yerləşən mağazanın açılışında dövlət rəsmiləri, səfirlər, dizayner və memarlar iştirak ediblər.
Qeyd edək ki, “Avenue” premium məhsulların istehsalçısı olan brendlərin birbaşa evinizə çatdırılmasını təmin edir.
Mağazanın geniş - 5000 kv/m ərazini əhatə edən interyer məkanı Avropa və Amerikanın öndə gedən mebel, santexnika, işıqlandırma, ev tekstili, oboy, pərdə və qab-qacaqlarını alıcılara təqdim edir.
Rahatlıq və keyfiyyət, davamlılıq və zəriflik, əlçatanlıq və dizaynın bütün meyarlarına cavab verən “Avenue” məhsulları xüsusi olaraq Sizin üçün seçilib.
Müştəri məmnuniyyətini ön planda tutan komanda dünya miqyasında mağaza konsepsiyası ilə Sizi yeni dünyalarla tanış olmağa dəvət edir.
Ünvan: Təbriz küçəsi 70D
https://www.instagram.com/avenue_az/
Əlaqə: 050 435 10 10