Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 6,5% artıb

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 6,5% artıb
# 11 iyun 2024 14:34 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Bakıda əhaliyə 2508,1 milyon manat ödənişli xidmətlər göstərilib.

Bu barədə "APA-Economics"ə Bakı Şəhər Statistika İdarəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% çoxdur.

Hesabat dövründə paytaxtda hüquqi şəxslər əhaliyə 2 127 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 84,8%-ni təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR