Bakının ən çox və ən az əməkhaqqı alan rayonları - Siyahı

Bakının ən çox və ən az əməkhaqqı alan rayonları  - Siyahı
# 27 may 2024 16:14 (UTC +04:00)

2024-cü ilin 1 aprel tarixinə Bakı şəhərində muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 49 min 358 nəfər artaraq 954 min 365 nəfər olub.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Bakı şəhərində hesabat dövründə əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 8% artaraq 1243.7 manat təşkil edib.

Qeyd edək ki, bu dövrdə ən çox muzdlu işçi sayı Nəsimi rayonunda (218 922), ən çox orta aylıq əməkhaqqı isə Pirallahı rayonunda (2251.5 AZN) qeydə alınıb.

Aşağıdakı cədvəldə 2024-cü ilin aprel ayının 1-nə Bakının rayonları üzrə muzdlu işçilərin sayı və orta aylıq əməkhaqqı verilib.

Bakı şəhəri 2024-cü il 1 aprel tarixinə muzdlu işçilərin sayı Orta aylıq nominal əməkhaqqı(manatla)
Pirallahı 7817 2251,5
Səbail 112725 2135,3
Qaradağ 25478 1490,6
Xəzər 33219 1387,5
Xətayi 86428 1252,2
Nəsimi 218922 1207,7
Nizami 61914 1087,8
Nərimanov 105553 1040,6
Yasamal 180812 1034,7
Sabunçu 36276 918,8
Suraxanı 21309 908,2
Binəqədi 63912 819,7
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR