"Biznesin müflişləşməsi" indikatoru üzrə Yol Xəritəsi və yeni təşəbbüslərin təqdimatı keçirilib - YENİLƏNİB

"Biznesin müflişləşməsi" indikatoru üzrə Yol Xəritəsi və yeni təşəbbüslərin təqdimatı keçirilib - YENİLƏNİB
# 15 may 2024 17:52 (UTC +04:00)

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Biznesin müflisləşməsi" işçi qrupunun növbəti iclası keçirilib.

"APA-Economics" xəbər verir ki, iclasda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və nazirlik yanında Dövlət Vergi Xidməti, Mərkəzi Bankın təmsilçiləri, işçi qrupunun rəhbəri və digər üzvləri, Dünya Bankı tərəfindən cəlb olunmuş ekspertlər iştirak ediblər.

Tədbirdə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev və "Biznesin müflisləşməsi İşçi qrupunun rəhbəri Ramin Qaraqurbanlı açılış nitqləri ilə çıxış etmiş. biznesin müflisləşməsi sahəsində ən son islahatlar barədə məlumat vermişlər, "Dünya Bankı Qrupunun "Business Ready" layihəsinin "Biznesin müflisləşməsi indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi"nin ümumi təqdimatı keçirilib.

Tədbirdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdir müavini Nuranə Abbasova bildirib ki, "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununda qiymətləndirmə fəaliyyətinin özünə intellektuallıq və peşəkarlıq tələb edən fəaliyyət növü kimi baxılması bu sahənin inkişaf etdirilməsinə və sağlam rəqabətin yaranmasına təkan verəcək. Eyni zamanda, qanunun tətbiqi nəticəsində qiymətləndirmə prosesləri zamanı obyektin dəyərinin onun qiymətində real və düzgün əks etdirilməsi ilə tərəflər arasında mübahisəli hallar minimuma enəcək, müvafiq əməliyyatlarla bağlı sahibkarların əlavə vaxt itkisi aradan qalxacaq.

İclasda Komissiyanın 14 may 2024-cü ildə təsdiq etdiyi "Biznesin müflisləşməsi" indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası, o cümlədən müflisləşmə sahəsində normativ hüquqi bazanın keyfiyyəti, beynəlxalq məhkəmə qərarlarının tanınması, hakimlərin və vəkillərin ixtisaslaşması, onların biliklərinin artırılması, məhkəmə fəaliyyətinin elektronlaşdırılması, müflisləşmə icraatı (prosedurları) üzrə xidmətlərin qarşılıqlı fəaliyyəti və müvafiq sahədə informasiyanın ictimal əlçatanlığı, kommunikasiya və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Həmçinin Yol Xəritəsinin 1.1-ci bəndi ilə beynəlxalq təcrübə və müasir çağırışlar nəzərə alınmaqla təşəbbüs olunan "Müflisləşmə və sağlamlaşdırma haqqında qanun layihəsinin hazırlanması ilə bağlı konseptual prinsiplər, əmlak inzibatçılarının statusu, səlahiyyətləri, hüquqları və vəzifələri, onların reyestrinin aparılması, prosesdə iştirakı və başqa əlaqəli məsələlər müzakirə olunub, bununla bağlı beynəlxalq ekspertlərin tövsiyələri dinlənilib.

Sonda müzakirə olunan məsələlərlə bağlı maraq doğuran suallara aydınlıq gətirilib. Məlumat üçün qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Biznesin müflisləşməsi işçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir (https://azranking.az/working-groups).

***

16.24

Dünya Bankı Qrupunun "Business Ready" layihəsinin "Biznesin müflisləşməsi” sahəsi üzrə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsinin və yeni təşəbbüslərin təqdimatı keçirilib.

"APA-Economics" xəbər verir ki, Yol Xəritəsi dünən Baş nazirin birinci müavini Yaqub Eyyubov tərəfindən təsdiq edilib.

Tədbirdə müflisləşmə sahəsində hüquqi bazanın keyfiyyəti ilə bağlı görüləcək tədbirlər açıqlanıb.Bildirilib ki, bu tədbirlərə beynəlxalq təcrübə və müasir çağırışlar nəzərə alınmaqla "Müflisləşmə və sağlamlaşdırma haqqında" yeni qanun layihəsinin və onun qəbul edilməsi ilə əlaqədar digər normativ hüquqi akt layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi daxildir.

Həmçinin, müflisləşmə sahəsində məhkəmə işlərinə baxılması qaydasının daha da təkmilləşdirilməsi üçün beynəlxalq təcrübə öyrənilməklə mülki prosessual qanunvericiliyin nəzərdən keçirilməsi və zərurət olduğu halda Mülki Prosessual Məcəllədə dəyişikliklərə dair layihənin hazırlanaraq aidiyyəti üzrə təqdim olunması, iflas proseduru başlanılmış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə məlumatların hüquqi şəxslərin dövlət reyestri və vergi ödəyicilərinin uçotu reyestrində uçotunun aparılması məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq qanunvericilik aktlarına dəyişikliklərə dair hazırlanaraq aidiyyəti üzrə təqdim olunması layihələrin təqdim edilməsi aiddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR