Bank Of Baku

Bu il Azərbaycanda 40 yeni dövlət standartı qəbul edilib

Bu il Azərbaycanda 40 yeni dövlət standartı qəbul edilib
# 08 aprel 2025 15:41 (UTC +04:00)

Bu ilin birinci rübündə Azərbaycanda 40 yeni dövlət standartı qəbul edilib.

Bu barədə "APA-Economics"ə Azərbaycan Standartlaşdırma İnstitutundan (AZSTAND) bildirilib.

Məlumata görə, bunlardan 13-ü qida texnologiyası və kənd təsərrüfatı, 3-ü tikinti materialları, 10-u informasiya, telekommunikasiya və elektrotexnika, 5-i neft-qaz və əlaqəli texnologiyalar, 3-ü ətraf mühit,6-sı nəqliyyat sahələrinə aid olub.

Hesabat dövründə 27 dövlət standartının dövrü yoxlanılması aparılıb və ya dəyişikliklər edilib, 23 dövlət standartı ləğv olunub.

Sahibkarların sifarişi əsasında 38 texniki şərt hazırlanıb və ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR