Bank Of Baku

Dəmirdən və poladdan çubuqlar və armaturlaşdırılmamış şüşələr üçün əlavə gömrük yığımları müəyyənləşib

Dəmirdən və poladdan çubuqlar və armaturlaşdırılmamış şüşələr üçün əlavə gömrük yığımları müəyyənləşib
# 20 iyul 2026 16:44 (UTC +04:00)

Nazirlər Kabineti “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edib.

APA-nın xəbərinə görə, qərara əsasən, müəyyən olunmuş gömrük yığımlarına əlavə olaraq, aşağıdakı malların sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında yerləşdirilməsinə görə müvafiq məbləğlərdə gömrük yığımları alınacaq:
İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, işğaldan azad edilmiş ərazilərdə yerləşən sənaye parklarının rezidenti olan hüquqi şəxslər tərəfindən sənaye parklarında istehsal məqsədilə xammal kimi idxal istisna olmaqla, dəmirdən və ya aşqarlanmamış poladdan çubuqların 1 tonu üçün - 150 manat;
- armaturlaşdırılmamış şüşələrin 1 tonu üçün - 100 manat.
Bu Qərar 2026-cı il 31 dekabr tarixinədək qüvvədədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR