Bank Of Baku

DGK: Bəzən xaricdən gətirilən məhsullar bəyan edilmir

DGK: Bəzən xaricdən gətirilən məhsullar bəyan edilmir
# 08 dekabr 2025 11:58 (UTC +04:00)

Bəzi Azərbaycan vətəndaşları vəsaitlərini xaricdə xərcləməyə hazırdır, amma məhsulların bəyan edilməsində kənarlaşmaya cəhd göstərirlər.

"APA-Economics" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, vətəndaşlar qanun-qayda əsasında məhsulları gətirməli və bəyan etməlidirlər: "Əgər məhsullar bəyan edilərsə, heç bir problem yaşanmayacaq. Azərbaycana hər hansı bir əşyanın, geyim, telefon, mobil cihazlar və yaxud digər əşyaların gətirilməsinə (qanunlarla qadağan olunmuş əşyalardan başqa da) heç bir məhdudiyyət yoxdur. Sadəcə bunun prosedur qaydaları var. Onları bəyan etmək və gömrük ödənişlərini ödəmək lazımdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR