Bank Of Baku

DGK: Bu il sərhədkeçmə müddəti 46% azalıb

DGK: Bu il sərhədkeçmə müddəti 46% azalıb
# 04 iyun 2024 16:44 (UTC +04:00)

Süni intellekt əsaslı avtomatlaşdırılmış risk analiz sistemi - ARAS tətbiq olunduqdan sonra 2024-cü ilin birinci rübündə nəqliyyat vasitələrinin sərhədkeçmə müddəti 46 % azalıb, yəni 50 dəqiqədən 27 dəqiqəyə enib.

"APA-Economics" xəbər verir ki, bunu “Bakı Enerji Həftəsi-2024” çərçivəsində keçirilən panel müzakirəsi zamanı Dövlət Gömrük Komitəsinin Gömrük Riskləri İdarəsinin böyük inspektoru Günəş Hacıyeva deyib.

O qeyd edib ki, ARAS-ın tətbiqindən sonra sərhədkeçmə prosesi zamanı nəqliyyat vasitələrinin qeydiyyata alınma müddəti də sürətlənib:

“Birinci rübün göstəricilərinə görə, qeydiyyata alınan nəqliyyat vasitələrinin sayı 63 052-dən 66 572-ə yüksəlib. Həmçinin sərhədkeçmə üzrə yaşıl dəhlizin payı 56%, qırmızı dəhlizin payı isə 44 % olub. Gömrük rəsmiləşdirməsi üzrə isə yaşıl dəhlizin payı 57 %, qırmızı dəhlizin payı 13%, sarı dəhlizin payı30 % təşkil edib. Yaşıl dəhliz üzrə 94 %-lik dəqiqlik qeydə alınıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR