Bank Of Baku

DGK: Süni intellekt və yeni texnologiyalardan geniş istifadə edəcəyik

DGK: Süni intellekt və yeni texnologiyalardan geniş istifadə edəcəyik
# 18 aprel 2025 10:25 (UTC +04:00)

Ötən il Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 33 milyondan çox xidmət göstərilib.

"APA-Economics" xəbər verir ki, bunu DGK sədrinin müavini Güloğlan Muradlı "Rəqəmsal gömrük və media" mövzusunda keçirilən seminarda deyib.

O bildirib ki, göstərilən xidmətlərin 99%-i elektron qaydada həyata keçirilib.

'Rəqəmsal həllərdən düzgün istifadə edilməsə, bu qədər xidmətlərin göstərilməsi mümkün deyil. 2025-2030-cu illər üçün Gömrük İnkişaf Strategiyası qəbul edilib. Bu strategiya ilə gələcəyə baxışımızı, ambisiyalı hədəflərimizi ortaya qoymuşuq. Həmçinin, bu strategiya ilə süni intellektin və yeni texnologiyaların geniş tətbiqini nəzərdə tutmuşuq" - deyə Güloğlan Muradlı qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR