Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirmə və icarədən dövlət büdcəsinə 74,4 milyon manat vəsaitin ödənilməsini təmin edib.
Bu barədə “APA-Economics”ə Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,5% çoxdur.
Büdcə daxilolmalarının 59,2 milyon manatı dövlət əmlakının özəlləşdirilməsi, 15,2 milyon manatı isə icarəsi hesabına təmin edilib ki, bu da illik müqayisədə müvafiq olaraq 25,4% və 8,6% çoxdur.
Hesabat dövründə 23 özəlləşdirmə hərracı keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 313 nəqliyyat vasitəsi satılıb. Bu ilin yanvar-may ayları ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 294 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 36 onlayn qoşulma reallaşıb.
Beş ayda ölkədə 362-si qeyri-yaşayış, 1.157-si torpaq sahəsi üzrə olmaqla 1 519 yeni icarə müqaviləsi bağlanılıb.