Bank Of Baku

Dövlət katibi: Rumıniya regionun enerji təhlükəsizliyini dəstəkləyir

Dövlət katibi: Rumıniya regionun enerji təhlükəsizliyini dəstəkləyir
# 03 iyun 2025 11:13 (UTC +04:00)

Rumıniya davamlı olaraq regionun enerji təhlükəsizliyini dəstəkləyir.

"APA-Economics" xəbər verir ki, bu barədə Bakıda keçirilən sayca 30-cu Yubiley “Baku Energy Forum”da çıxış edərkən Rumıniya energetika nazirliyinin dövlət katibi Pavel-Kasian Nitulescu bildirib.

"Bundan sonra da biz qonşularımızla enerji sektorunda etibarlı partnyor olaraq əməkdaşlığımızı davam etdirəcəyik", - Pavel-Kasian Nitulescu qeyd edib.

Onun sözlərinə görə, Rumıniya davamlı olaraq təchizat mənbələrinin şaxələndirilməsinə öz dəstəyini göstərir.

"Bizim ölkə regional təşəbbüslərin aktiv iştirakçısıdır", - Pavel-Kasian Nitulescu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR