Bank Of Baku

DVX rəisi: Özəl sektorda əmək müqavilələrinin sayı 82%-dən çox artıb

DVX rəisi: Özəl sektorda əmək müqavilələrinin sayı 82%-dən çox artıb
# 13 fevral 2025 12:03 (UTC +04:00)

2019-cu ilin əvvəlindən qeyri-neft özəl sektorunda əmək müqavilələrin sayı 443 mindən çox artıb.

APA-Economics” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” adlı Forumda deyib.

O bildirib ki, vergi islahatları nəticəsində qeyri-neft üzrə özəl sektorda əmək müqavilələrinin artımı 82,1% təşkil edir.

"2024-cü ildə cəmi əmək haqqı fondu 23,9 milyard manata çatıb ki, burada da 2018-ci illə müqayisə etsək, ümumilikdə 2.5 dəfəyədək, qeyri-neft özəl sektorunda isə 2.7 dəfə artım müşahidə olunur" - deyə Orxan Nəzərli qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR