Bank Of Baku

Ədib Əl-Aama: Regional əlaqəlilik üçün ticarət həlləri dayanıqlı inkişafda yeni imkanlar yaradır

Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının (ITFC) baş icraçı direktoru (CEO) Ədib Əl-Aama

© APA | Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının (ITFC) baş icraçı direktoru (CEO) Ədib Əl-Aama

# 17 iyun 2026 14:10 (UTC +04:00)

Regional əlaqəlilik və ticarətin inkişafı Mərkəzi Asiya, Azərbaycan və İslam Əməkdaşlıq Təşkilatı məkanında strateji əhəmiyyət qazanır.

APA xəbər verir ki, bunu Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının (ITFC) baş icraçı direktoru (CEO) Ədib Əl-Aama Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun illik toplantıları çərçivəsində təşkil olunan “Regional Əlaqəlilik üçün Ticarət Həllərinin Gücləndirilməsi” sessiyasında etdiyi çıxışında deyib.

O, Azərbaycanın bu tədbirə ev sahibliyi etməsini yüksək qiymətləndirib: “Azərbaycan hökumətinə 2026-cı il IsDB Qrupunun illik toplantılarının və Özəl Sektor Forumunun yüksək səviyyədə təşkili, göstərilən qonaqpərvərlik və bu mühüm görüşün keçirilməsinə verdiyi dəstəyə görə təşəkkür edirik”.

Əl-Aama bildirib ki, region Asiya, Avropa və digər istiqamətləri birləşdirən əsas ticarət dəhlizlərinin kəsişməsində yerləşir: “Bu region böyük ticarət dəhlizlərinin mərkəzindədir. Lakin bununla yanaşı, bizneslər, xüsusilə kiçik və orta müəssisələr real çətinliklərlə üzləşirlər. Bunlara ticarət maliyyəsinə çıxış, bazarlara daxil olmaq və regional, eləcə də qlobal dəyər zəncirlərində iştirak etmək imkanları daxildir”.

ITFC rəhbəri qeyd edib ki, regional əlaqəlilik yalnız malların sərhədlərdən keçirilməsi demək deyil: “Bizim üçün regional əlaqəlilik daha geniş anlayışdır. Bu, ticarətin inkişaf etdirilməsi, dəyər zəncirlərinin gücləndirilməsi, KOB-ların iştirakının artırılması və dayanıqlı, inklüziv ticarət ekosistemlərinin qurulması deməkdir”.

Onun sözlərinə görə, bu məqsədə nail olmaq üçün kompleks yanaşma tələb olunur:

“Bunun üçün ticarət maliyyəsi, ticarətin inkişafı və güclü institusional tərəfdaşlıqların birləşdirilməsi vacibdir. Bugünkü sessiyanın məqsədi də siyasətçiləri, maliyyə institutlarını, özəl sektoru və inkişaf tərəfdaşlarını bir araya gətirərək ticarət həllərinin regional əlaqəliliyi necə gücləndirə biləcəyini müzakirə etməkdir”.

Ə. Əl-Aama əlavə edib ki, tərəfdaşlıq praktiki əməkdaşlığa və yeni iqtisadi imkanlara çevrilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR