Bank Of Baku

Əli Əsədov və Aleksandr Turçin Ağdamda "BAFCO İnvest", “Eel Electric”, "Mister Decor”un fəaliyyəti ilə tanış olublar

Əli Əsədov və Aleksandr Turçin Ağdamda "BAFCO İnvest", “Eel Electric”, "Mister Decor”un fəaliyyəti ilə tanış olublar
# 06 may 2025 15:27 (UTC +04:00)

Füzuli və Ağdam rayonlarına səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Ağdam Sənaye Parkında yerləşən "BAFCO İnvest" MMC-nin fəaliyyəti ilə tanış olublar.

"APA-Economics" xəbər verir ki, şirkət müxtəlif məqsədlər üçün ayaqqabı və çəkmələrin istehsalı ilə məşğul olur.

Bununla yanaşı, Parka səfər çərçivəsində hökumət başçılarına elektrik avadanlığı istehsal edən
“Eel Electric” MMC-nin işi və istehsal göstəriciləri ilə bağlı məlumat verilib.

Bundan əlavə, Ə.Əsədov və A.Turçin divar kağızları istehsal edən "Mister Decor” şirkətinda olublar və onun işi ilə tanış olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR