Paşha Bank
Bank Of Baku

FINCA Azerbaijan “Heyva Festivalı”nda yerli sahibkarlarla bir araya gəlib

FINCA Azerbaijan “Heyva Festivalı”nda yerli sahibkarlarla bir araya gəlib
# 11 noyabr 2026 15:18 (UTC +04:00)

FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II “Heyva Festivalı”nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli məhsullar, rayonun meyvəçilik ənənələri və milli-mədəni irsi nümayiş olunub.

Bu barədə "APA-Economics"ə şirkətdən məlumat verilib.

Festival çərçivəsində FINCA Azerbaijan-ın stendini ziyarət edən iştirakçılara təşkilatın kredit məhsulları və maliyyələşmə imkanları barədə məlumat verilib. FINCA əməkdaşları ziyarətçiləri məhsulların şərtləri və müraciət qaydaları ilə tanış edib, onları maraqlandıran sualları cavablandırıblar.

Tədbir həmçinin festival iştirakçıları və mövcud müştərilərlə səmimi ünsiyyət üçün fürsət yaradıb. Görüşlər zamanı onların fikirlərini dinləmək, ehtiyaclarını daha yaxından öyrənmək və qarşılıqlı fikir mübadiləsi aparmaq imkanı yaranıb.

FINCA Azerbaijan yerli istehsalçıları, fermerləri və sahibkarları bir araya gətirən belə festivalların keçirilməsini yüksək qiymətləndirir. Bu cür təşəbbüslər yerli məhsulların tanıdılması, sahibkarların yeni əlaqələr qurması və regionların iqtisadi potensialının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.

1998-ci ildə təsis edilmiş FINCA Azərbaycan ölkədə mikromaliyyə xidmətləri göstərən aparıcı bank olmayan kredit təşkilatlarından biridir. Təşkilat 1984-cü ildə əsası qoyulmuş beynəlxalq FINCA brendi altında fəaliyyət göstərən FINCA Impact Finance qlobal şəbəkəsinin bir hissəsidir. Məhsul və xidmətlər barədə ətraflı məlumatı www.finca.az saytından və ya *2525 qaynar xəttinə zəng etməklə əldə etmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR