Bank Of Baku

“İstisu” mineral su zavodunun ixrac gəlirləri açıqlanıb

“İstisu” mineral su zavodunun ixrac gəlirləri açıqlanıb
# 30 iyun 2025 16:34 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Kəlbəcərdə yerləşən "İstisu" mineral su zavodundan 366,2 min ABŞ dolları dəyərində ixrac həyata keçirilib.

"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyun sayında bildirilir.

Qeyd edək ki, 1976-cı ildə Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına başlanılıb. 1993-2020-ci illərdəki işğal dövründə zavodun fəaliyyəti dayandırılıb.

26 iyun 2022-ci il tarixində Prezident İlham Əliyev “İstisu” mineral su zavodunun təməlini qoyub.

2024-cü ildən “İstisu” mineral suyunun yenidən istehsalına başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR