Azərbaycanın ən sürətlisi "Bakcell"in “Formula 1” stendi azarkeşlərlə yanaşı, media nümayəndələrinin də böyük marağına səbəb olub. Dənizkənarı Bulvar ərazisində yerləşən stendi ziyarət edən jurnalistlər burada “Bakcell”in ultrasürətli şəbəkəsini sınaqdan keçirib, şirkətin ən son innovativ məhsul və xidmətləri ilə tanış olublar.
Qeyd edək ki, sürət yarışı günlərində azarkeşlər “Bakcell”in əyləncə zonasında müxtəlif yarış və oyunlara qatılaraq hədiyyələr də qazana bilərlər.
“Bakcell”, həmçinin “Formula 1” sponsorluğu çərçivəsində hər kəsə “iPhone 16” hədiyyə qazanmaq şansı verir. Bunun üçün şirkətin rəsmi sosial şəbəkə hesablarını izləmək və qeyd olunan şərtlərə riayət etmək kifayətdir.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.